HDQ taktiki təlimə başladı

17 Oktyabr, 2019 17:00 | Siyasət | Baxış sayı: 61
Gəmi
Gəmi

Gəmi birləşmələrinin döyüş tapşırıqlarının icra hazırlığı yoxlanır

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir.

Təlim gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilir.

Təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkilidir. Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilir, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır.