General Qarabağdan Bakıya gələn həmsədrlərlə

17 Oktyabr, 2019 16:30 | Siyasət | Baxış sayı: 82
Həmsədrlərlə görüş
Həmsədrlərlə görüş

Müdafiə naziri ilə görüşdə danışıqların hazırkı vəziyyəti müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Xatırladaq ki, bu gün həmsədrləri prezident İlham Əliyev də qəbul edib.