Erməni soyadlı Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə...

17 Oktyabr, 2019 11:54 | Siyasət | Baxış sayı: 182
Bakı hava limanı
Bakı hava limanı

XİN başçısı bunun asan yolunu izah etdi

"Biz deyirik ki, erməni soyadlı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə, Allah xatirinə, qoy gəlsin! Amma, qoy heç olmasa səfirliyimizə məlumat versinlər, çünki Rusiya ilə vizasız gediş-gəlişimiz var". 

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməməsi barədə guya mövcud olan təcrübə məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəzən erməni əsilli Rusiya vətəndaşları məsələnin həssaslığını bildiklərindən Azərbaycana gəldikdən sonra PR nöqteyi-nəzərdən bu barədə qalmaqal yaradırlar.

"Mövcud münaqişə ilə bağlı Azərbaycandakı emosional fonu nəzərə alaraq, əvvəlcədən alınan məlumatlar məsələnin şişirdilməsinin qarşısını almağa imkan verəcək. Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda açıq danışırıq".