Ərdoğan Trampın məktubunu zibilə atdı

17 Oktyabr, 2019 13:40 | Siyasət | Baxış sayı: 245
R.T.Ərdoğan
R.T.Ərdoğan

ABŞ lideri Türkiyə liderinə nə yazıb?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın ona göndərdiyi məktubu zibilə atıb. Diplomatik qaynaqların məlumatına görə, amerikalı liderin məktubuna ən gözəl cavab "Barış pınarı" əməliyyatı ilə verilib. 

CNN Türk əməkdaşı Sena Alkan rəsmi şəxslərdən əldə etdiyi məlumatı canlı yayımda bölüşüb. Məlumata görə, prezident amerikalı həmkarının ona yazdıqlarından hiddətlənib və məktubu atıb. 

Bəs bu məktubda nə yazılıb? 

İddiaya görə, Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG-nin silahlı birləşmələrinin başında dayanan terrorçu Fərhat Abdi Şahin ilə müzakirə masasına oturmasını istəyib. Məktubda deyilir: 

"Gəl yaxşı bir razılaşma etməyə çalışaq. Siz minlərlə insanın ölümündən məsul olmaq, mən də türk iqtisadiyyatını yox etmək istəmərəm. Edə bilərəm. Bu sahədə edə biləcəklərimin kiçik bir nümunəsini rahib Bransonun məsələsi zamanı ortaya qoymuşdum.

Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyanı məyus etməyin. Yaxşı anlaşma edə bilərsiniz. General Mazlum (Şahin Cilo adlı PKK-lı) sizinlə müzakirələrə qatılmaq istəyir. Yeni əlimə keçən, sizə xitab etdiyi məktubu da göndərirəm. 

Əgər bunu doğru  şəkildə edə bilsəniz tarix də sizə müsbət yanaşacaq. Əgər yaxşı şeylər olmasa sizi sonsuza kimi şeytan olaraq görəcəklr. Qatı adam olmayın". 

Trampın məktubu
Trampın məktubu