Qarabağ geri qaytarılır?

17 Oktyabr, 2018 09:05 | Siyasət | Baxış sayı: 434
Cəbhədə Azərbaycan əsgəri
Cəbhədə Azərbaycan əsgəri

"Bağlı qapılar arxasında eşitdiklərimiz irəli getmək imkanları barədə müsbət impuls verir"

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir".

İstiPress-in məlumatına görə, bunu  xarici işlər naziri Elmar Məmmədyarovun "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir.

"Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır".