"Paşinyanın küçə reytinqindən əsər-əlamət qalmayacaq”

17 Oktyabr, 2018 11:03 | Siyasət | Baxış sayı: 51
Nikol Paşinyan yolkəsən rolunda
Nikol Paşinyan yolkəsən rolunda

Erməni siyasətçilər baş nazirin istefasını belə şərh ediblər

Erməni politoloqlar və mətbuat baş nazir Nikol Paşinyanın istefasını şərh edib. Keçmiş baş nazir Qrant Baqratyan: “2019-cu ilin büdcə layihəsi ilə tanış oldum. Əmin oldum ki, orada korrupsiyanın miqyası daha böyükdür. Mənim sözlərimi düz anlayın cənab Paşinyan, bir neçə aydan sonra küçə reytinqinizdən əsər-əlamət qalmayacaq”.

Keçmiş prezident Robert Koçaryan: “Taktiki planda bu aydın davranışdır. Populyarlığın zirvəsində uğura nail olmaq. Strateji planda böyük problemlər görürəm”. Eks prezidentin fikrincə, növbədənkənar seçkilərdən sonra biristiqamətli parlament olacaq, siyasi monopoliya yaradılacaq. "Bu Ermənistana kömək edəcək? Çətin..."

Ermənistanda gələn ilin dövlət büdcəsi ilə bağlı layihə böyük ehtimal ki, qəbul edilməyəcək. “Qraparaq” qəzeti belə yazır. Bu yolla Paşinyanın nazirlər kabineti maaş və pensiya artımından öz yaxasını çəkib. Xalq isə bunu çox gözləyib. Görünür ki, əbəs yerə... 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən istefa verib. Bu il dekabrın 9-10-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyana müxalif olanlar onun istefası qarşılığında dekabrda seçkilərin keçiriləcəyinə razılıq verəcəklərini bildiriblər.