Kritik görüş başladı

17 Oktyabr, 2018 11:40 | Siyasət | Baxış sayı: 106
Pompeo Türkiyədə
Pompeo Türkiyədə

ABŞ prezidenti jurnalistə görə dövlət katibini Türkiyəyə göndərdi

Amerikanın dövlət katibinin Türkiyəyə səfəri başlayıb. Bu gün səhər saatlarında Maykl Pompeonun təyyarəsi Ankaraya eniş edib. Səfərin məqsədi Səudiyyə Ərəbistanın Türkiyədəki konsulluğunda yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı müzakirələr aparmaqdır. 

Pompeonun Esenboğa hava limanında prezident Rəcəb Tayyib Ərdoğanla görüşü artıq başlayıb. Görüşdə XİN başçısı Mövlud Çavuşoğlu, Kəşfiyyat idarəsinin rəhbəri hakan Fidan, prezidentin sözçüsü İbrahim Kalın da iştirak edir. 

Xatırladaq ki, ABŞ prezidenti jurnalistin taleyini araşdırmaq üçün dövlət katibini Səudiyyə Ərəbistanına göndərib. Ötən gün Pompeo kral ilə bir araya gəlib. O, Kaşıkçının abibəti ilə bağlı şəffaf araşdırma aparılacağı barədə söz verən kral Salmana təşəkkür edib.