Kollecdə partlayış törədən tələbə intihar etdi - 18 ölü, 40 yaralı - FOTO

17 Oktyabr, 2018 16:25 | Siyasət | Baxış sayı: 335
Krımda kollecdə partlayış
Krımda kollecdə partlayış

Bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib

Krımın rəhbəri Sergey Aksenov bildirib ki, Kerçidə kollecdə partlayış qurbanlarının sayı 18-ə yüksəlib, yaralı sayı 40-dan çoxdur.

Onun sözlərinə görə, hücumun təşkilatçısı 22 yaşlı dördüncü kurs tələbəsi olub. Partlayışı törətdikdən sonra gənc özünü öldürüb. 

14:44

Krımın Kerç şəhərində politexnik kollecində partlayış baş verib.

IstiPress-in mlumatına görə, nəticədə 10 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb.

İlkin məlumata görə, insidentin məişət qazının partlaması nəticəsində baş verdiyi bildirilıirdi.  Lakin Krımın Milli Antiterror Komitəsi texnikumdakı partlayışa müəyyən edilməyən partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb. Texnikumda təhsil alan tələbələrdən birinin sözlərinə görə, bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib.

Hadisə yerinə beş təcili yardım briqadası və yaxın yaşayış məntəqələrindən bir neçə tibbi briqada göndərilib.