Jurnalistin mişarla doğrandığı deyilən konsulluq yoxlanır

17 Oktyabr, 2018 19:29 | Siyasət | Baxış sayı: 96

Türkiyə istintaq qrupu hərəkətə keçdi

Türkiyənin istintaq qrupu jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı təhqiqat çərçivəsində axtarış aparmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahına gəlib.

İstiPress-in məlumatına görə. “Anadolu” xəbər verir ki, təhqiqat aparılması üçün yaradılan işçi qrupunun Səudiyyə Ərəbistanından olan üzvlərinin də oktyabrın 16-da Türkiyəni tərk etmiş Məhəmməd əl Uteybinin iqamətgahında olduğu bildirilir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu bir gün əvvəl Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib.

Bəzi KİV-lər jurnalistin diplomatik missiyanın binasında qətlə yetirildiyini iddia edirlər.

Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.