Ermənilər Qarabağı itirir - Paşinyan həbs olunur

17 Oktyabr, 2018 17:30 | Siyasət | Baxış sayı: 3107
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında

Klan hakimiyyətə yenidən qayıtmağın yolunu müharibədə görür

Nikol Paşiyanın Ermənistan baş nazirliyindən istefa verdikdən sonra parlamentin rəyi olmadan baş nazir vəzifəsini icra etməsi bu ölkəni bir sıra  probolemlərlə üz-üzə qoya bilər.

İstiPress-in məlumatına görə, bu barədə yazan “Joxovurd”  (Xalq) qəzeti bildirir ki, Avropa qurumları dekabrda gözlənilən  parlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər.

Qəzetin fikrincə, buna səbəb Paşiyana müxalif olan qüvvələrin şikayətləri ola bilər. Hər halda, məntiq aydındır. Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib, amma hakimiyyəti əlində saxlayır. Yəni yenə də hökumətə rəhbərlik edəcək və seçki nəticələrini özü bildiyi kimi saxtalaşdıracaq.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

İrəvan merinin seçkiləri göstərdi ki, Nikol Paşiyan Ermənistanın siyasi səhnəsində öz partiyasından başqa siyasi qüvvə görmək istəmir. Sadəcə, diasporu nəzərə alıb, daşnakları 10-15 faiz səslə içəri buraxa bilər. Paşiyanı hovuz mediyasının təmsilçiləri indidən bildirirlər ki, Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası, yəni keçmiş iqtidar parlamentə girmək üçün lazım olan 4 faizlik baryeri keçə bilməyəcək,  Buna görə də Respublika Partiyasının əksər üzvləri seçkilərə getməyi lüzumsuz sayır.

Lakin Serj Sarkisyan tərəfdarlarının vəziyyətdən çıxış yolu var və bunu hələ bir neçə politoloq Hayk Martrosyan bildirmişdi. Nikol Paşiyanı istefaya getməməyə çağıran Hayk Martirosayan bildirmişdi ki, Qarabağ klanı hakimiyyətə yenidən qayıtmaq üçün hüquqi müstəvidə Paşiyanın istefasından yararlanaraq parlamentdə yeni baş nazir seçə bilər. Klan Paşiyana problem yaratmaq üçün cəbhədə döyüşlərə başlaya bilər. Hər halda, klan Qarabağdakı hərbi birləşmələrdə əsas söz sahibidir.

Hayk Martirosyanın fikrincə, bu, istər-istəməz işğal olunmuş bir neçə rayonun Ermənistan ordusunun nəzarətindən çıxması ilə nəticələnə bilər. Bu isə Paşinyanın xalqın gözündən düşhməsinə gətirər və Qarabağ klanı rahatlıqla revanş edərək «inqilabçı» baş naziri həbsxanaya sala bilər. Bu, münaqişənin həlli ilə məşğul olan Minsk qrupunu da razı salar. İstənilən halda, danışıqların irəliləməsi üçün Dağlıq Qarabağ ətrafındakı 5 rayonun işğaldan azad olması vacibdir ki, klan bunu Yusif Sərraca çevirdiyi Paşinyanın əli ilə gerçəkləşdirmiş olacaq.