Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olub

17 Oktyabr, 2017 16:30 | Siyasət | Baxış sayı: 49
Xarici ölkələrin hərbi attaşeləri
Xarici ölkələrin hərbi attaşeləri

Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyib

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri oktyabrın 17-də HərbiHava Qüvvələrinin aviabazasında olublar.

İstiPress-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq verilib.

Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.