Saakaşvili etirazçllara tapşırdı: Meydandan çəkilməyin

17 Oktyabr, 2017 19:25 | Siyasət | Baxış sayı: 332
Saakaşvili mitinq iştirakçıları arasında
Saakaşvili mitinq iştirakçıları arasında

O, həmçinin birigün 3 tələbdən ikisinin yerinə yetiriləcəyini deyib

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mitinq iştirakçılarına müraciət edib. O deyib ki, Ali Radanın qarşısından heç kim geri çəkilməməlidir.

İstiPress Unian-a istinadən xəbər verir ki, o, həmçinin cümə axşamı günü tələblərdən ikisinin hakimiyyət tərəfindən yerinə yetiriləcəyini söyləyib.

"Yanukoviçə Kuçmadan çox nifrət edirdilər, amma Poroşenko ondan da nifrətə layiqdir. Və bu çox təəssüf doğuran faktdır" - Saakaşvili deyib.