Prezident ipoteka ilə bağlı qanuna dəyişiklik etdi – SƏRƏNCAM

17 Oktyabr, 2017 19:23 | Siyasət | Baxış sayı: 255
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Nazirlər Kabinetinə tapşırıq verilib

Prezident İlham Əliyev “İpoteka haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 794-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

İstiPress xəbər verir ki, sərəncama əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 461; 2007, № 5, maddə 436, № 11, maddə 1053; 2008, № 5, maddə 348; 2009, № 12, maddə 948; 2011, № 7, maddə 591) aşağıdakı dəyişikliklər olunub.

12.2-ci və 12.3-cü maddələrdə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə, 16.1-ci maddədə “qeydiyyata, təkrar və əlavə qeydiyyata” sözləri “dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına” sözləri ilə, 14-cü maddənin adında, 14.1-14.5-ci, 16.3-cü, 19.2-ci və 28.2-ci maddələrdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı” sözləri ilə və 14.4-cü və 19.2-ci maddələrdə “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinə normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.