İraq Kərkükə nəzarəti bərpa etdi

17 Oktyabr, 2017 11:00 | Siyasət | Baxış sayı: 80
İraq
İraq

“Peşmərgə” ərazini vuruşmadan tərk edib

Ötən gün Kərkükə nəzarəti tam bərpa edən İraq ordusu daha iki regiona daxil olub.  İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kərkükdə komendant saatı rejimi tətbiq edilib. İraqın şimalındakı Kürd Muxtar Əyalətinə rəhbərlik edən qüvvələrə bağlı şəxslər bölgəni tərk edirlər. Şimaldakı muxtariyyətin silahlı dəstəsi sayılan “peşmərgə” Kərküdən çıxıb.

Məlumata görə, ordu Kərkükdən sonra Sincar və Şengal vilayətinə daxil olub. Artıq Mosulun Sincar vilayətində də təhlükəsizlik qüvvələrinin nəzarəti bərpa olunub. Burada da "peşmərgə" ərazini vuruşmadan tərk edib. 

Qeyd edək ki, oktyabrın 16-da İraq ordusunun Kərkükdəki neft quyularının yerləşdiyi əraziləri, hərbi hava limanını “peşmərgələrdən” təmizlədiyi barədə məlumat yayılmışdı. 

İraq ordusunun əməliyyatını fürsət bilən İŞİD terrorçuları isə Kərkük yaxınlığındakı iki kəndi ələ keçiriblər. Terrorçuların hansı istiqamətdə irəliləməsi barəsində hələlik rəsmi məlumat verilməyib.