BMT-dən Əliyev Sarkisyan görüşünə dəstək

17 Oktyabr, 2017 08:24 | Siyasət | Baxış sayı: 73
İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Antoniu Qutteriş danışıqlarının nəticələrini alqışlayıb

BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədəki danışıqlarının nəticələrini alqışlayıb. istiPress-in məlumatına görə, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat verib. O, Cenevrədə keçirilən sammiti şərh edib. Baş katib tərəfləri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bu uğuru inkişaf etdirməyə çağırıb.

"Birinci katib vurğulayır ki, BMT həmsədrlərin (ATƏT-in Minsk qrupu-red) vasitəçilik səylərini dəstəkləyir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bu sammit nəticəsində yaranmış pozitiv dinamikadan istifadə etməyə çağırır".

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə növbəti görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər.

Görüş təkbətək formatda davam edib.