Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənəd imzaladı - YENİLƏNİB

17 Oktyabr, 2017 13:25 | Siyasət | Baxış sayı: 112
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri bir arada
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri bir arada

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başa çatıb.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaia və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar görüşün yekununa dair birgə sənəd imzalayıblar.

saat 13:06

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başlayıb.

Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edirlər.

Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.