Ermənistanın Milli Təhlükəsizlik Xidməti "yetim" qaldı

17 Sentyabr, 2019 10:14 | Siyasət | Baxış sayı: 117
Artur Vanesyan
Artur Vanesyan

Daha bir adamı Paşainyanı atdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib. Bu barədə o, öz müraciətində bildirib. O baş nazir Nikol Paşinyana istefa ərizəsi ilə müraciət edib. Bir neçə gündən sonra onun barədə əmrin hazır olacağı gözlənilir. 

A.Vanesyan deyib ki, indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb. Ölkədə baş verən hadisələrdən yaxşı xəbərdar olan Vanesyan vəziyyətin nəzarətdən çıxdığını yəqin bilir. Bu isə tezliklə böyük fəlakətə gətirib çıxara bilər. 

Vanesyanın gələcək taleyi bəllidir. O futbolla məşğul olacaq. Çünki  keçmiş rəis həm də Futbol Federasiyasının rəhbəridir. Paşinyanın isə gedəndən sonra nə ilə məşğul olacağını demək çox çətindir.  Gedişat onun da bu postda çox qalmayacağını göstərir. 

A.Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin İrəvan idarəsinin rəisi müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyir.