Ermənilər Koçaryana görə ayağa qalxır

17 Sentyabr, 2019 14:36 | Siyasət | Baxış sayı: 102
Robert Koçaryan
Robert Koçaryan

Keçmiş prezidentə azadlıq təlb edilir

Əgər Robert Koçaryan azad edilməsə Ermənistanda etiraz aksiyaları başlayacaq. Bu barədə “Past” qəzeti məlumat verir.

Nəşrin əldə etdiyi məlumata görə, keçmiş prezident azad edilməsə müxtəlif partiyaların nümayəndələri ölkəni əhatə edən aksiya barədə qərar qəbul edəcəklər.

Artıq xüsusi təşkilat yaradılıb. Bu, Koçaryana azadlıq komitəsi adlanacaq. Qəzet bildirir ki, bura ancaq siyasi partiya nümayəndələri yox, həm də incəsənət, idman dünyasından olan simalar da qatılacaq.