Azərbaycan KTMT-yə müraciət etməyib

17 Sentyabr, 2019 12:07 | Siyasət | Baxış sayı: 25
Prezident Administrasiyası
Prezident Administrasiyası

PA rəsmisindən açıqlama

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı bir status üçün müraciət etməyib və gündəliyimizdə bu əsnada hər hansı müzakirə aparılmır.

Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan müraciət etməsə də, Ermənistan tərəfi özünün fobiyalarından və komplekslərindən çıxış edərək hər bir məsələni diplomatik çərçivədən də kənar bir şəkildə müzakirə etməyə cəhd göstərir”.