Almaniyada hərbçilərimiz şərti düşmənin təxribatını dəf etdi

17 Sentyabr, 2019 16:40 | Siyasət | Baxış sayı: 40
“Saber Junction - 19”
“Saber Junction - 19”

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsi baş tutub. Bu mərhələdə iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.