Paşinyanın BBC-da açıdığı Qarabağ sirri Rusiyanı şoka salıb

17 Avqust, 2020 12:29 | Siyasət | Baxış sayı: 1346
Sovet desantı Qarabağda - 1990-cı illər
Sovet desantı Qarabağda - 1990-cı illər

Ermənistan baş nazirinin “Hardtalk”da ağır söhbəti

Ermənistan baş naziri Nikol Paşinyanın BBC-nin “Hardtalk”da o cümlədən Qarabağ münaqişəsi ilə bağlı açdığı bəzi sirrlər Rusiya KİV-lərini şoka salıb.

İstiPress-in məlumatına görə, əsas diqqəti Nikol Paşinyanın münaqişə başlamazdan öncə Qarabağda yaşamış ermənilərin sayı barədə verdiyi açıqlama heyrət doğurub.

Ermənistan baş naziri bildirib: “Gəlin gerçəkliyin üzünə baxaq. Həqiqətdə münaqişə anı Dağlıq Qarabağın əhalisinin 19%-ni… 18%-ni ermənilər təşkil edib”,- deyə Nikol Paşinyan bildirib.

Rusiyanın “Vestnik Kavkaza” portalının fikrincə, Nikol Paşinyan bununla da sovet dövründə aparılan statistikanı şübhə altına alıb: “Dağlıq Qarabağ münaqişəsindən danışan Nikol Paşinyanın səsləndirdiyi statistika Azərbaycan ərazilərini işğal edənlərin bütün ritorikasını şübhə altına salır… Qarabağın işğalının tərəfdarlarının  standart mövqeyinə görə, sovet illərində Dağlıq Qarabağın erməni əhalisi 80% təşkil edib”,- deyə portalda bununla bağlı dərc etdirdiyi məqalədə bildirilir.

Rəsmi statistikaya görə, 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQVM) 40 mindən çox azərbaycanlı yaşayıb. Əgər Paşinyanın dediyi nəzərə alınarsa, onda Dağlıq Qarabağda cəmi 10 min erməni yaşayıb. Qalan statistika isə Moskvanın xeyir-duası ilə şişirdilib ki, DQVM-də erməni rəhbərliyi təmin edilsin. Rəsmi statistikaya görə, guya həmin vaxt Dağlıq Qarabağda 145 min erməni yaşayıb. 

Ümumiyyətlə, bu söhbət hələ 1980-ci illərdə də mövcud idi. O vaxt Poltexnik İnstitutunda təhsil alan erməni uşaqların qeyri-rəsmi söhbətlərinə görə, o vaxt Bakıda yaşamış ermənilərin çoxu həm Bakıda, həm Dağlıq Qarabağda, həm də İrəvanda qeydiyyatda idilər və hər birinə görə, ayrıca sovet pasportu almışdılar (ad və soyadlarda cüzi dəyişikliklə vəziyyətdən çıxırdılar).

O vaxt erməni tələbələrin dediyinə görə, bu insanların üç yerdə qeydiyyatda olması İrəvanın milyonçu şəhər kimi metro tikinti hüquq qazanmasında ermənilərə dəstək olub. Həm də Bakıda və İrəvanda gizli sexləri olan ermənilər İrəvanda ev növbəsinə duraraq dövlətdən mənzil alıblar və bu, onların ticarət fəaliyyətini də asanlaşdırıb. Qarabağ qeydiyyatı isə ermənilərə orda yay evi tikməyə imkan yaradıb.

Bu, o vaxtkı erməni tələbələrin versiyası idi. Əsl məqsəd isə sonradan aydın olduğu kimi, Azərbaycan torpaqlarının işğalı imiş.