Ermənistan şokda: Paşinyan BBC-yə 1,3 milyon dolarlıq saatla çıxıb

17 Avqust, 2020 10:56 | Siyasət | Baxış sayı: 240

Ermənistanın Baş naziri Nikol Paşinyan üçün “Hardtalk” kabusu bitmək bilmir. İanələr hesabına ayaqda zorla duran işğalçı ölkənin baş nazirinin dünya ictimaiyyətinin qarşısına 1 milyon 300 min dollarlıq qol saatı ilə çıxması müzakirəyə çevrilib.

İstiPress-in məlumatına görə, Böyük Britaniyanın dünyaca məşhur “Hardtalk” tok-şousunda baş nazir qolundakı bahalı saatla da diqqət çəkib.

“Patek Philippe” brendinin “500 2 R (rose gold) markalı saatından dünyada cəmi 999 ədəddir. Onun da biri kasıb ölkənin baş nazirindədir.

“İndependent” nəşrinin vaxtilə reklam məqaləsində yazılanlara inansaq, hədiyyəlik “Approx” saatlarının əsas alıcıları siyasətçilər yox, məşhur iş adamları, maqnatlar, Kristiano Ronaldo, Beyl kimi bahalı futbolçulardır.

Bu brendə məxsus qızıldan olan 5002R markası 1,3 milyon dollara satılır. Platin 5002P isə 1,1 milyon dollara təklif olunur. Tərkibi ağ qızıldan ibarət olan 5027G markasının minimum qiyməti 877 min dollar təşkil edir.

İndi sual olunur: 1.3 milyon dollar dəyəri olan “Patek Philippe” qol saatı Ermənistanın baş nazirində haradandır? Aylıq maaşı təxminən 4500 dollar olan baş nazir belə bir saatı almaq üçün gərək bundan sonra 45-50 il də baş nazir vəzifəsində işləsin. Cəmi iki il əvvəl – yəni, yenicə baş nazir seçiləndə Paşinyanın qolundakı saatın ümumi dəyəri cəmi 200 dollar idi.

Buradan belə nəticə çıxır ki, Nikol Paşinyanın özünün və ailəsinin adının qaçaqmalçılıq məsələlərində hallanması iddiaları həqiqətdir. Hətta Ermənistan Gömrük Komitəsinin Paşinyanın xanımı Anna Akopyanın nəzarətində olduğu bildirilirdi.

Ermənistanda isə hesab edirlər ki, Nikol Paşinyana bu saatı müəyyən maraqlar müqabilində erməni diasporunun rəhbərləri rüşvət olaraq verib. Belə ki, bu yaxınlarda işdən çıxarılan diaspor rəhbərləri 1,3 milyonluq saatın güdazına gediblər. Yəni, rüşvət müqabilində diaspor qurumuna yeni rəhbərlər təyin olunub.

Bu da bir ehtimaldır. Bu cür iddiaları biz yox, sosial şəbəkənin erməni seqmentində sadə ermənilər səsləndirir.

Məntiqlə düşünsək, Nikol Paşinyana bu cür bahalı saatı Soros Fondu da hədiyyə edə bilər. Çünki Kremldən üz döndərən Paşinyan rejimi artıq Soros Fondunun diktəsi ilə oturub-durmaqdadır. Bu barədə vaxtaşırı olaraq Rusiya mətbuatında da məqalələr, iddialar, ittihamlar yer alır.