Qrelandiyadan Trampa cavab: "Satılıq deyilik"

17 Avqust, 2019 12:20 | Siyasət | Baxış sayı: 67
Qrelandiya
Qrelandiya

ABŞ prezidentinin arzusu reallaşmadı

Dünyanın ən böyük adası olan Qrenlandiyanı satın almaq istəyən ABŞ prezidenti Donald Trampın cavabı özünü çox gözlətməyib. Ada sakinləri satış haqqında fikirlərə kəskin reaksiya veriblər. 

Qrelandiyanın xarici işlər naziri Ane Lone ticari əməkdaşlığa hazır olduqlarını, amma satılıq olmadıqlarını elan edib. 

"Wall Street Journal"ın məlumatına görə, Tramp adanın təbii ehtiyatları və geosiyasi əhəmiyyətini öyrəndikdən sonra oranı almaq niyyətinə düşmüşdü. İddiaya görə, o alqı-satqı işlərinin araşdırılması üçün hətta Ağ evin işçilərindən birini də təlimatlandırmışdı.