Prezident əfqan lideri təbrik edib

17 Avqust, 2019 16:00 | Siyasət | Baxış sayı: 61
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb. 

"Hörmətli cənab Prezident,

Əfqanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi diləyirəm".