His pərdəsi yerdə temperaturun 8 dərəcə azalmasına yol aça bilər
ABŞ və Rusiya arasında böyükmiqyaslı nüvə savaşı qaranlıq və soyuq qışa səbəb ola bilər. Bu qış on illərlə davam edə bilər. "Daily Mail"in məlumatına görə. Kolorado Universitetinin atmosfer tədqiqatları mərkəzi və Raqtersk universitetinin alimləri bu nəticəyə gəliblər.
Onlar yeni sxemin modeli üçün NASA-nın daha öncə tədbiq etdiyindən daha dəqiq üsuldan istifadə ediblər. Belə ki, nüvə silahlarının tədbiqi ilə bağlı meydana çıxan yanğınlar atmosferə 147 milyon ton his buraxır. Bu isə bir neçə həftə ərzində stratosferdəki küləklə bütün dünyaya yayılır, günəş işığını pərdələyir.
Pərdənin təmizlənməsi üçün 7 ilə yaxın zaman lazımdır. Yer səhtində normal göstəricilərə geri qayıtmaq üçün isə daha üç il gərəkdir.
Bundan başqa his pərdəsi yer səhtində temperaturun 8 dərəcə azalmasına da yol aça bilər. Atmosfer effektləri həmçinin mussonkollapsına da yol aça bilər.
Alimlər deyirlər ki, tam miqyaslı nüvə hücumu bunu həyata keçirən ölkə üçün ölümcül ola bilər. ABŞ və Rusiyanın bu silahlardan istifadəsi isə dünya üçün faciəlidir.
"Əliyevlər ailəsi Çingiz Mustafayevin qəhrəmanlıqlarını dəfələrlə ən yüksək kürsülərdən çıxışlarında qeyd ediblər"
Rusiya prezidentinin yanından ayırmadığı çantanın içi
Toplanış döyüş hazırlığı planına əsasən keçirilib
34 yaşlı yeni nazir bu həftə vəzifələrinin icrasına başlayır
Xaçkarı qara boyadılar