Türk nazirdən ABŞ-a sillə kimi cavab: "Biz kino çəkmirik"

17 Avqust, 2018 10:45 | Siyasət | Baxış sayı: 282
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

"Hörmət təzyiqlə olmaz"

"ABŞ gerçək dostunun kim olduğunu bilmir, görmür". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Donald Trampın ölkəsi haqqında dediklərinə cavab verib. Xatırladaq ki, ABŞ lideri hökumətin iclasında "Türkiyə yaxşı dost olmadığını sübut etdi" demişdi. 

Onun sözlərinə görə, ölkəsinin ABŞ-a qarşı heç bir yalnış addımı olmayıb. "Terror təşkilatına minlərlə TIR silah vermək dostluğa ziddir, ya Türkiyədə qanunların işləməsi?

ABŞ bu məsələlərin bir kovboy filmi olmadığını görməlidir. Biz kino çəkmirik. Münasibətlərinin yaxşı olması gərəkən iki böyük ölkə kimi bir-birimizə hörmət etməyi öyrənəcəyik. Hörmət təzyiqlə olmaz, yanaşma ilə olar". 

O, qeyd edib ki, Türkiyə heç bir ölkə ilə problem yaşamaq istəmir. ABŞ-la problem yaranmasından da heç vaxt xoşbəxt olmaz. Nazir qeyd edib ki, iki ölkə arasında olan problemlər asanlıqla həll edilə bilər. "Ancaq ABŞ-ın indiki yanaşması ilə yox".