Rusiya ABŞ-a nota verdi

17 Avqust, 2018 15:31 | Siyasət | Baxış sayı: 118
Rusiya XIN
Rusiya XIN

Diplomatik nümayəndəliklərin hüüquqları pozulub

Rusiya ABŞ-a etiraz notası göndərib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, buna səbəb diplomatik nümayəndəliklərinin beynəlxalq hüquqlarının pozulmasıdır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının beynəlxalq hüquq normaları kobud şəkildə pozulduğuna görə, Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Dövlət Departamentinə qətiyyətli etirazını bildirib". 

Ötən il ABŞ rəhbərliyi Rusiyaya tədbiq etdiyi sanksiyalar çərcivəsində Rusiyanın San Fransiskodakı baş konsulluğunu, ticarət nümayəndəliyini və onun Nyu-Yorkdakı bölməsini bağlayıb. 

Bu ilin martında isə Rusiyanın Sietldəki konsulluğunun fəaliyyəti dayandırılıb.