Türkiyənin yeni ən güclü silahı Trampı dilə gətirdi

17 İyul, 2019 10:05 | Siyasət | Baxış sayı: 440
Donald Tramp
Donald Tramp

Trampdan S-400 reaksiyası: "Bu ədalətli deyil"

"Türkiyə bizə qarşı çox yaxşıdır. İndi onlar Rusiyadan raket sistemi almağa vadar olduqları üçün "F-35" satmayacağımızı deyirik". Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, onlar çətin vəziyyətdədirlər. ABŞ-ın içərisində olduğu durum da o qədər yaxşı deyil. "Bununla bağlı çalışırıq, nələr olacağını görəcəyik. Amma bu doğurdan da ədalətli deyil". 

O, ölkəsinin Türkiyə ilə yaxşı münasibəti olduğunu, lakin hazırda vəziyyətin bir az qarışdığını qeyd edib. Trampın sözlərinə görə, Obama hökuməti Türkiyənin almaq istədiyi "Patriot" raketlərini onlara satmayıb.  Türkiyə bu sistemi almaq üçün çox çalışsa da, nəticə almayıb.

"Onlar da Rusiyadan aldılar. Bundan sonra Türkiyəyə "yaxşı sizə "Patriot" satırıq" deyirlər. Amma artıq Türkiyə Rusiya ilə müqavilə imzalamış, ödəniş etmişdi. Türkiyə NATO üzvüdir. 100-dən artıq "F-35" sifarişi verib, daha artığı üçün də plan qurular".