Paşinyanın qorxulu yuxusu

17 İyul, 2019 10:24 | Siyasət | Baxış sayı: 159
Paşinyan Qarabağda
Paşinyan Qarabağda

Baş nazir payızda hər şeyini itirə bilər

Ermənistanın baş naziri xalqın dəstəyindən demək olar ki, məhrum olur. Bunu görmək üçün üçün rəqəmlərə diqqət etmək kifayətdir. Belə ki,  2018-ci ilin may ayında Nikol Paşinyanın reytinqi 92 faiz idi. Həmin ilin sentyabrında 81, dekabrda 70 faizə kimi düşüb. Bu ilin fevralında daha da azalıb və 52 faizə düşüb. Mayda isə məxməri inqilabın rəhbərinin reytiqi 31 faiz təşkil edib.

Reytinqin düşmə dinamikası onu göstərir ki, yaxın zamanda Ermənistan vətəndaşları küçələrə çıxaraq öz etirazlarını, inamsızlıqlarını bildirəcək və onun seçkidən qabaq verdiyi şirin vədləri xatırladacaqlar.

Ölkədə sosial vəziyyət günbəgün pisləşir. İş yerlərinin sayı azalır, qiymətlər artır. Cüzi pensiya və əmək haqları da Paşinyanın reytinqini azaldan səbəblərdəndir. 

Yerli politoloqların sözlərinə görə, payızda bu göstərici sıfıra çata bilər. Amma görünür ki. N.Paşinyan hələ də möcüzəyə inanır. Yoxsa ən sevdiyi işi kütlə qarşısında çıxış etmək olan baş nazirin  hakimiyyətə xalqın dəstəyinin daha möhkəmlənəcəyini deməsini necə izah etmək olar?