İsrail Vergi Orqanının rəhbəri Azərbaycanın şimal şəhərində

17 İyul, 2019 19:36 | Siyasət | Baxış sayı: 126

Qırmızı Qəsəbəyə gedib, yerli əhali ilə görüşüb

İsrail Vergi Orqanının rəhbəri Eran Yaakov bu gün Quba rayonunda olub. Qonaq əvvəlcə Quba şəhərindəki Heydər Əliyev mərkəzində rayon İH başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev və digər müavin Səidə Abasova tərəfindən qəbul olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, görüşdə Allahverdi Xudaverdiyev israilli vergi rəhbərinə çoxmillətli Quba rayonu haqqında, onun tarixi, iqtisadiyyatı və əhalisi, son illər burada görülən çox həcmli işlər barədə geniş məlhmat verib. Sonra Eran Yaakov Quba şəhərindəki Asan Həyat Kompleksinin xidmət dairələrilə yerində tanış olub, görülən işlərlə maraqlanıb.

Sonra İsrail Vergi Orqanının başçısı Eran Yaakov Vergilər Nazirliyinin Qubada yerləşən 3 saylı ərazi vergi idarəsində olub. Ona burada Azərbaycanın vergi sistemi və qanunvericiliyi barədə dolğun açıqlama verilib, sualları cavablandırılıb. Eran Yaakov sonra Qubanın dağ yəhudiləri yaşayan massivi Qırmızı Qəsəbəyə gedib, yerli əhali ilə görüşüb.