DTX yeni məzunlarını buraxdı

17 İyul, 2019 08:40 | Siyasət | Baxış sayı: 36
Məzun günü
Məzun günü

General-leytenant Əli Nağıyev gənc zabitlərə diplomları təqdim edib

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib. Tədbirdə DTX rəisi general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub. Əli Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır.

General-leytenant Əli Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib. Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.