Azərbaycan "dünyanın ən təhlükəsiz ölkələri" siyahısına düşdü

17 İyul, 2019 12:35 | Siyasət | Baxış sayı: 81
Bakı
Bakı

Ölkəmiz 34-cü olub

"Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib. Ekspertlər dünyanın 123 ölkəsi və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.

Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Orada cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88 baldır. Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi - 15,52, təhlükəsizlik indeksi - 84,48) ikinci, Yaponiya (cinayətkarlıq indeksi - 15,91, təhlükəsizlik indeksi - 84,09) isə üçüncü sırada yer alıb.

Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi - 32,68, təhlükəsizlik indeksi - 67,32).

Həmçinin dünya şəhərləri üzrə ayrıca təhlükəsizlik reytinqi tərtib edilib. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha (Qətər) və Kvebek (Kanada) yer alıb.

Ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.