7 uşaq anası ginekoloq Avropa Komissiyasının prezidenti oldu

17 İyul, 2019 14:03 | Siyasət | Baxış sayı: 61
Ursula fon der Lyayen
Ursula fon der Lyayen

Bundan öncə isə o ilk qadın müdafiə naziri olub

Avropa Komissiyası prezidenti Jan Klod Yunkeri alman nazir əvəz edəcək. Almaniyanın müdafiə naziri olan Ursula fon der Lyayen bu posta seçilib. O, vəzifələrinin icrasına noyabrın 1-dən başlayacaq. 

Onun namizədliyini qurumun 383 deputatı dəstəkləyib, 327 nəfər isə Lyayenin əleyhinə səs verib.

Lyayen bu quruma rəhbərlik edəcək ilk qadın olacaq. Qeyd edək ki, bundan öncə də o Almaniyanın müdafiə naziri seçilməklə ilkə imza atmışdı. Belə ki, xanım Lyayen bu postu tutan ilk qadın olub. 

Yeni prezident ixtisasca həkim- ginekoloqdur. 90-cı illərdə o ailəsi ilə bir neçə il ABŞ-da yaşayıb. Siyasətlə isə 40 yaşında məşğul olmağa başlayıb. 

hazırda 60 yaşı olan Ursula fon der Lyayen 7 uşaq anasıdır. İlk övladını o 28, sonuncunu isə 40 yaşında dünyay gətirib.