İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi - VİDEO

17 İyun, 2019 09:19 | Siyasət | Baxış sayı: 204
Ekrem İmamoğlunun Binali Yıldırımla debatı
Ekrem İmamoğlunun Binali Yıldırımla debatı

"Anadolu" agentliyi görüşün tam versiyasını yayıb

Dünən hər kəsin birnəfəsə izlədiyi Binəli Yıldırım-Əkrəm İmamoğlu debatı maraqlı sonluqla yadda qalıb.

İstiPress “Haberler”ə istinadən xəbər verir ki, canlı yayımdan sonra Yıldırım və İmamoğlu ailəsi xatirə şəkli çəkdirib. Əkrəm İmamoğlu Binəli Yıldırım və xanımı Semiha Yıldırıma ailə fotosu çəkdirməyi təklif edib.

Yıldırım isə İmamoğlunu çay süfrəsinə dəvət edib.

"Anadolu" agentliyi görüşün tam versiyasını yayıb: