Eldar Sabiroğlu oğlundan imtina etdi - MƏKTUB

17 İyun, 2019 13:39 | Siyasət | Baxış sayı: 299

Məktubu Rüfət Səfərov “Facebook” səhifəsində paylaşıb

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

İstiPress-in məlumatına görə, bu barədə E.Sabiroğlu oğluna məktub yazıb. O, Rüfətə artıq atası olmadığını, hətta cənazəsinə gəlməməyi vəsiyyət edib.

Məktubu Rüfət Səfərov “Facebook” səhifəsində paylaşıb.

Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.