Qətərə daha bir zərbə

17 İyun, 2017 15:37 | Siyasət | Baxış sayı: 287
Twitter-in loqosu
Twitter-in loqosu

"Twitter"dən bununla bağlı, hələ ki, rəsmi açıqlama gəlməyib

Qətərə daha bir zərbə "Twitter" şəbəkəsindən gəlib.

İstiPress Trend-ə istinadən bildirir ki, "Twitter" Qətərin "Əl-Cəzirə" telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.

"Twitter"-dən bununla bağlı, hələ ki, rəsmi açıqlama gəlməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.