Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər

17 May, 2019 10:22 | Siyasət | Baxış sayı: 52
Çexiya silahları
Çexiya silahları

2015-ci ildən Bakı və Praqa Azərbaycanda danışıqlar aparır

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır. Bunu “İnterfaks-Azərbaycan”a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

“Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın”.

Onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. “Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb”, - R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda "Ceska Zbrojovka" xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. “İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur”.