İlham Əliyev Binəqədinin icra başçısını çıxardı

17 May, 2018 16:38 | Siyasət | Baxış sayı: 202
Xaləddin İsgəndərov
Xaləddin İsgəndərov

Sərəncam prezidentin rəsmi saytında yerləşdirilib

Bu gün prezident İlham Əliyev Bakının Binəqədi rayonunun icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun işdən azad edilməsinə dair sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncam prezidentin rəsmi saytında yerləşdirilib.

Xaləddin İsgəndərov keçmiş vergilər naziri Fazil Məmmədovun qohumu idi və Bakı rayonlarının ən çox tənqid edilən icra başçılarından biri idi. Çoxdandır onun işdən azad ediləcəyi haqda xəbərlər yayılırdı.