Erməni təyyarələrinin bakılı rəhbərinə qarşı açılmış savaş

17 May, 2018 13:50 | Siyasət | Baxış sayı: 624

Permanent müharibə şəraitinin arxa planının sirləri

Ermənistan aviasiyasını Robert Koçaryan məhv elədi, Serj Sarkisyan isə öz Mika Baqdasarovu ilə bu prosesi davam etdirdi.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan Mülki Aviasiya Baş İdarəsinin keçmiş rəhbəri Şagen Arutunyan “1in.am” portalına müsahibəsində bildirib.

“Bakıda açar ustası işləmiş birini gətirib avasiyaya necə rəhbər təyin eləmək olar? Cinayət işi qaldırmaq üçün çox əsas var. Nə qədər ki, bu cinayətlər açılmayacaq, biz irəli gedə bilməyəcyik", - deyə Şagen Arutunyan bildirib.

Ermənistanda milli aviasiya şirkəti zaman-zaman borca düşür və bəzən uçuşları yerinə yetirə bilmir. Əslində isə tam tərsinə olmalıdır, çünki təyyarə bu ölkədən çıxmaq üçün yeganə nəqliyyat vasitəsidir, yəni rentabelli qiymət müəyyən etmık çətin deyil. Sadəcə, əhalinin biletlərə ödədiyi real pulların böyük hissəsi mənimsənilir.   

Xarici şirkətlər də Ermənistan aviasiyasına sərmayə yatırmaq istəmirlər. Şagen Arutunyan milli aviasiya şirkətini sıfırdan yenidən qurmağı, yeni təyyarələr almaq və infrastrukturu yenidən qurmaq üçün ən azı 50 milyon dollar lazım olduğunu bildirir. Amma çətin ki, bu pullar mülki aviasiyaya ayrılsın, çünki Ermənistan onsuz da kiçik olan büdcəsinin əsas pullarını hərbi xərclərə yönəldir.