Ərdoğan NATO-nu belə susdurdu

17 May, 2018 10:33 | Siyasət | Baxış sayı: 322
Türk ordusunun tankları
Türk ordusunun tankları

"Öz pulumuzla silah ala bilmirik"

"NATO-nun müttəffiqi olaraq Yunanıstan S-300 alırsa, bizim də Rusiyadan S-400 almağımızda heç bir problem yoxdur". İstiPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O, NATO və ABŞ-ın onların Rusiyanın ən güclü komplekslərindən birinə sahib olmaq istəklərinə qarşı çıxmasını belə şərh edib. 

"Qaldı ki, Rusiya-Türkiyə münasibətlərini, onlardan aldığımız qazı, nefti kəsə bilmərik. Bizim aramışda Əməkdaşlıq Şurası var. Rusiyadan ölkəmizə 5 milyon turist gəlir. NATO-da müttəfiq olduğumuz ABŞ-dan elə vaxt olur ki, pulumuzla belə silah ala bilmirik. "Senat icazı vermədi" deyib, silah vermirlər. Bunun üçün də S-400-lərlə bağlı güzəşt heç söhbət mövzusu belə deyil".

Onun sözlərinə görə, Rusiya Türkiyəyə çox sərfəli kredit təklif edib və öz ehtiyaclarını ən uyğun şərtləlrə qarşılamaq ölkəsinin təbii haqqıdır.

Xatırladaq ki, NATO və ABŞ dəfələrlə Türkiyəyə adıçəkilən raket zenit kompleksinin alışından imtina etməyə dair çağırış edib. Həta hədələrdən belə çəkinməyiblər.