Əfsanəvi şairin yubileyi keçiriləcək

17 May, 2018 18:55 | Siyasət | Baxış sayı: 71
Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadə
Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadə

Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

İstiPress-in məlumatına görə, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. 

Qeyd edək ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.