Daha bir rayonun polis rəisi təqaüdə göndərilib

17 May, 2018 18:32 | Siyasət | Baxış sayı: 166
Ramil Usubov- daxili işlər naziri
Ramil Usubov- daxili işlər naziri

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

İstiP məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib. /apa/