Suriyaya yenə hücum edildi

17 Aprel, 2018 08:55 | Siyasət | Baxış sayı: 132
Suriyaya atılan raketlər
Suriyaya atılan raketlər

Bu dəfə aviabazaya raket atılıb

Bu gecə Suriya yenidən raket zərbələrinə məruz qalıb. İstiPress-in məlumatına görə, zərbələr Suriyanın Homs əyalətindəki  “Şayrat”  aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna endirilib.

Məlumata görə, Suriyanın havadan müdafiə sistemləri aviabaza və Dümeyrə çatmamış ona yaxın raketi vura bilib. 

İlkin məlumata görə, zərbələr nəticəsində ölən və yaralanan olmayıb. 

“Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olub. iddiaya görə, onları atan isə İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri olub. Rəsmi Dəməşq hələlik bu barədə xəbəri təsdiqləməyib.