Jurnalistlər ABŞ-ın yalanı açdılar

17 Aprel, 2018 10:26 | Siyasət | Baxış sayı: 129
Suriya
Suriya

"Heç kimin kimyəvi hücumdan xəbəri yoxdur"

Amerikalı jurnalistlər Suriyada kimyəvi silahdan istifadəyə dair heç bir iz tapmadılar. İstiPress-in məlumatına görə, ABŞ-ın "OAN Network" telekanalının əməkdaşları Qərbin iddia etdiyi kimi Duma şəhərində insanların kütləvi şəkildə ölümünə səbəb olan kimyəvi silahdan istifadə edilmədiyini düşünürlər. 

Kanal əməkdaşları Suriyada, Dumada olub və onlarla insandan bu barədə soruşublar. Onlardan heç biri kimyəvi silahdan istifadə xəbərini təsdiqləməyib. 

Jurnalist Pirson Şarp bildirib ki, başqa jurnalistlərlə birlikdə Dumada olan zaman kimyəvi hücumun baş verdiyi iddia edilən yerə, eləcə də xəstəxanalara gediblər. "Biz sadəcə təsadüfü insanlara yaxınlaşıb bu barədə soruşurduq. Heç kim özü bizə yaxın gəlmirdi. Söhbət etdiyimiz onlarla adamdan hamısı belə bir hücumun olmadığını dedi". 

Onun sözlərinə görə, söhbət Dumada uzun illər yaşayan insanlardan gedir. "Terrorçular kimyəvi silahdan istifadə haqqında xəbəri tirajlayıblar ki, Qərb ölkələri zərbə endirsin". 

Xatırladaq ki, Dumada kimyəvi hücumun aprelin 7-də olduğu iddia edilir. Bu barədə iddialar yayıldıqdan sonra ABŞ, Fransa və İngiltərə ilə birlikdə Suriyada hərbi əməliyyat həyata keçirib. Bu isə regionda vəziyyətin yenidən gərginləşməinə səbəb olub.