İrəvan savaş meydanına çevrildi VİDEO

17 Aprel, 2018 09:26 | Siyasət | Baxış sayı: 240
İrəvanda etiraz aksiyası
İrəvanda etiraz aksiyası

Etirazçılar küçələri bağladı, parlament mühasirəyə alınacaq

Bir neçə gündür ki, Ermənistanı bürüyən etirazlara baxmayaraq bu gün Serj Sarkisyanın namizədliyi rəsmi şəkildə baş nazir postuna irəli sürülür. Bu xəbər alovun üzərinə tökülən yağ kimi oldu.

İrəvanda ötən gün baş verən ciddi toqquşmalara baxmayaraq, Nikol Paşinyanın rəhbərlik etdiyi franksiya bu gün öz aksiyalarının daha da genişləndirmək niyyətindədir. Şahidlərin sözlərinə görə, toqquşmasa ancaq dəyənək və gözyaşardıcı qaz yox, həm də səs bombaları işə düşüb.

Bəzi yerli ekspertlər hesab edirlər ki, bu gün – parlamentdə Sarkisyanın namizədliyi təsdiqlənən bir vaxtda o etirazçılara atəş açmaq əmri də verə bilər. Xatırladaq ki, 2008-ci ilin 1 martında da prezident seçkisindən dərhal sonra – seçkilərdəki qnaunsuzluqlara etiraz edərək küçəyə çıxan insanlar atəşə tutulmuşdu. Onlara kimin atəş açmaq əmri verdiyi isə hələ də bəlli deyil.

İrəvanda vəziyyət gərginləşir. Rusiya XİN belə bu ölkədəki ruslara ya vətənlərinə geri qayıtmaq ya da kütləvilik olan yerlərdən uzaq durmaqla bağlı müraciət edib.

Bu gün İrəvandakı aksiyalara uzaq kəndlərdən də insanların qatılacağı gözlənilir. Onlar da öz iqtisadi vəziyyətlərindən narazıdırlar. Nümayişçilər arasında min bir əziyyətlə böyütdükləri övladlarını Qarabağda itirənlər də az deyil. Onlar isə bunu Sarkisyana heç vaxt bağışlamayacaqlar.

Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyalarda polis və daxili qoşunların hərbçiləri ilə toqquşmalar nəticəsində 50 nəfərə yaxın insan yaralanıb. Amma bu son rəqəm deyil.

Bu gün nümayişçilər parlamentin binasını hər tərəfdən mühasirəyə almaq niyyətindədirlər. Amma çətin ki, bu Sarkisyana yenidən hakimiyyəti ələ almağa mane ola. Məsələ başqadır. Rusiya və Avriopa İttifaqı arasında qalan Sarkisyan uzun müddət hakimiyyəti əlində saxlaya biləcəkmi?  Təcrid vəziyyətində olan respublika uzun müddət çətin tab gətirsin. Bu günki aksiyalar bir daha göstəririki sadə xalq artıq Sarkisyanın və onun əlaltılarının böyük Ermənistan haqqındakı nağılından bezib. 

Yerli mətbuatın məlumatına görə, etirazçılar paytaxtın mərkəzi küçələrini bağlayıblar. Bu zaman nümayişçilərlə sürücülər arasında da kiçik münaqişələr meydana çıxır.

İrəvanda mitinq 17.04.2018