Ermənistanın altında partlayacaq böyük mina

17 Aprel, 2018 13:19 | Siyasət | Baxış sayı: 298
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması

İrəvanın ən böyük məğlubiyyəti

Serj Sarkisyan bu gün Moskvanın dəstəyi ilə Ermənistanın rəhbəri olacaq. Bu, uzunmu çəkəcək?

O, bir neçə il qabaq and içmişdi ki, heç zaman Konstitusiyanı pozmayacaq və ölkə prezidenti olmayacaq. O, sadəcə, Konstitusiyanın özünü dəyişdi. Onda buna heç kim fikir vermirdi. Bu gün isə müxalifət öz başına döyür ki, niyə bu Sarkisyan onları belə asanlıqla barmağına doladı.

Mitinq iştirakçılarının bütün nazirlik və idarələri tutmaq, bütün prospekt və küçələrdə nəqliyyat blokadası qurmaq çağırışına baxmayaraq, Serj Sarkisyan bu gün təyin olunmuş vaxtda ölkənin baş naziri təyin ediləcək. Hətta polisə qeyri-rəsmi əmr də verilib ki, nümayişçilərə qarşı çox vəhşilik eləməsinlər.

Əlbəttə, Ermənistanda Serj Sarkisyandan narazı olanlar həddindən çoxdur. Onlar bu gün elə pis yaşayırlar ki, nə Sarkisyana, nə də müxalifətə inanırlar. Amma bunu qeyd edək ki, Moskva Sarkisyana çox etibar edir. Məhz onun sayəsində Gümrüdəki Rusiya hərbi bazası yaradılıb və genişləndirilib. Rusiya ilə birlikdə birləşmiş qoşun birlikləri yaradılıb, Ermənistanın bütün strateji vacib obyektləri Moskvanın nəzarətinə keçib.

Düzdür, Sarkisyan bu 10 il ərzində Ermənistan üçün heç nəyə nail olmadı, lakin o, Rusiyanın yardımı ilə daha 15-20 ildə hakimiyyətdə oturmağı planlaşdırır. Bu 10 il ərzində onun qələbəsi, yoxsa məğlubiyyəti çox olub? Əlbəttə, ikincisi. Ölkə əhalisi onun hakimiyyəti dövründə 450 min azalıb. Hamı xaricə qaçıb. Korrupsiya və iqtisadi inhisarçılıq aradan qalxmayıb, əksinə güclənib. Bundan başqa, müxalifət hesab edir ki, ali baş komandan Sarkisyan Qarabağda 4 günlük müharibəni uduzub və çoxsaylı Moskva kreditlərinə baxmayaraq, silahlanmada Azərbaycandan çox geri qalıb.

Bu gün Sarkisyan vəd edir ki, 2040-cı ilə kimi Ermənistanın əhalisi 4 miloyona qədər artacaq. 2030-cu ilə kimi o, yüksək maaşlı bir neçə yüz min iş yeri açmağı vəd edir ki, Ermənistanda yoxsulluğ bir dəfəlik dəfn etsin. Bu gün o, vədlər verir, amma elə bu vədlər də onu batıra bilər. Çünki indi Ermənistanda bu vədləri gec-tez partlayacaq böyük mina sayırlar.