Ermənistanda qan su yerinə axa bilər VİDEO, FOTO

17 Aprel, 2018 11:35 | Siyasət | Baxış sayı: 119
İrəvanda etiraz aksiyası
İrəvanda etiraz aksiyası

Polis xüsusi vasitələrdən istifadə edəcəyini açıqladı

Ermənistan müxalifəti mitinqə çıxan insanlara müraciət edib. İstiPress-in yerli mətbuata istinadla verdiyi məlumata görə, onlardan dövlət qurumları, o cümlədən nazirliklərin binalarını mühasirəyə almaq, bu yolla əməkdaşların işə çıxmasına mane olmaq istənilib. Bu müraciətlə Nikol Paşinyan çıxış edib. O, deyib ki bu gün total blokada günü olmalıdır.

Paşinyan həmçinin gəncləri oturaq aksiyaya davam etməyə də səsləyib. "Ancaq heç nəyi dağıtmayın, heç kimi təhqir etməyin". Bundan başqa deputat xariscdəki ermənilərə də müraciət edərək onlardan Ermənistan səfirlikləri qarşısına çıxmalarını istəyib. 

Bu arada Ermənistan polisi də etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə ilə bağlı xəbərdarlıq edib. 

Xatırladaq ki, İrəvanda küçəyə çıxan xalq Serj Sarkisyanın baş nazir postuna təyinatına etiraz edir.  Bu gün parlamentin xüsusi iclasında onun yenidən bütün hakimiyyəti əlində cəmləşdirəcək bu posta namizədliyinin irəli sürüləcəyi gözlənilir. 

Ermənistanda aksiya
Ermənistanda aksiya
Etiraz edən erməni gənclər
Etiraz edən erməni gənclər
Ermənistan polisi
Ermənistan polisi
İrəvanda polislə toqquşma
İrəvanda polislə toqquşma