Ermənistanda “məxməri inqilab” başladı

17 Aprel, 2018 14:36 | Siyasət | Baxış sayı: 299
İrəvanda etriazçılar dövlət qurumlarını nəzarətə götürür
İrəvanda etriazçılar dövlət qurumlarını nəzarətə götürür

Etirazçılar dövlət idarələrini nəzarətə götürür

Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən müxalifətçilər İrəvanda bir sıra dövlət qurumlarını mühasirəyə alıblar.

İstiPress-in "news.am" istinadən verdiyi məlumata görə, etirazçıların rəhbəri, deputat Nikol Paşinyan mühasirəyə aldığı hər dövlət idarəsinin qarşısında 15-20 adamdan ibarət qrup saxlayır. Hər bir qrupa xüsusi müvafiq təlimat keçilir.

Həmçinin  Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib.  Mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm. Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.