Türkiyədə sutka ərzində virusa yoluxanların sayı 3 dəfə artdı

17 Mart, 2020 10:02 | Siyasət | Baxış sayı: 98
İstanbulda Taksim koronavirusa qarşı dezinfeksiya edilir
İstanbulda Taksim koronavirusa qarşı dezinfeksiya edilir

ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 18-dən 47-yə yüksəlib.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, hazırda Türkiyədə xüsusi rejimli xəstəxanalarda müalicə alanlar ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar. Onun sözlərinə görə, xəstələnənlərdən üçü Səudiyyə Ərəbistanından ziyarətdən gələnlərdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada 164 mindən çox insan bu virusa yoluxub, 6,4 mindən çoxu dünyasını dəyişib.