Qarabağ veteranlarının sevincli anları

17 Mart, 2020 16:19 | Siyasət | Baxış sayı: 325

Yerli icra hakimiyyətinə müraciətləri təmin edilib

İlaxır çərşənbədə Qubada iki Qarabağ müharibəsi veteranının özü və ailəsi sözün həqiqi mənasında sevincli anlar yaşayıb.

İstiPress-in şimal bürosunu məlumatıan görə, bu ilin yanvar ayında mənzil şəraitlərinin yaxşılaşması üçün yerli icra hakimiyyətinə müraciət edən Mais Mahmudovun və İdris Hüseynovun ay yarımdan sonra istəkləri reallaşıb.

Belə ki, Qarabağ  müharibəsi veteranı Mais Mahmudovun həyat yoldaşı Gülnaz Qurbanova Quba İH-nə rəsmi olaraq müraciət edərək ev şəraitlərinin normal olmadığını bildirib və icra qurumunfan kömək istəyib. Qısa vaxt ərzində Mais Mahmudovun evi əsaslı bərpa edilib, evin giriş  hissəsi yenidən tikilib, yaşayış otaqları isə bərpa olunub. 

İlaxır çərşənbə günündə Qəcərzeyid kəndinin digər veteran sakini İdris Hüseynova isə 90 kv.metr sahədə müasir görkəmli, 3 otaqlı yeni yaşayış evi hədiyyə edilib. Bu ailənin də İH-nə rəsmi müraciəti qısa vaxt ərzində müsbət həll edilib. 8 nəfərlik ailənin 6 övladından ikisi fiziki qüsurlu olduğundan ailənin mənzilə olan ehtiyacı qısa vaxt ərzində reallaşıb. 

Bu gün rayon ictimaiyyətinin nümayəndələri, İH, hüquq-çühafizə orqanlarının rəsmuləri yeni evləri Qarabağ veteranlarına təqdim ediblər. Quba İH başçısı Ziyəddin Əliyev ilaxır çərşənbə günündə yeni mənzillə təmin olunan hər iki veteran ailəsini təbrik edib, onlara sağlamlıq və rahatlıq dolu güzəran arzulayıb.

Sonra ilaxır çərşənbə tonqalı yandırılıb. Qeyd edək ki,koronavirusla bağlı ölkədə kütləvi tədbirlərin keçirilməsi qadağan olduğundan evlərin təqdimatına çox az sayda iştirakçı qatılıb.